MEBEL İSTİFADƏ QAYDALARI VƏ ZƏMANƏT SƏNƏDİ

 

GİRİŞ

Hörmətli müştərimiz;

Saloğlu markasını seçdiyiniz üçün təşəkkür edirik.

Aldığınız Saloğlu məhsullarını uzun müddət istifadə edə bilməyiniz üçün istifadə qaydaları və zəmanət sənədində olan məlumatları diqqətlə oxumağınızı və tətbiq etmənizi ciddi şəkildə xatırladırıq.

Mebel işi əsasən əl əməyi tələb edən bir işdir. Yəni ki, insan iş gücünün, dəzgah iş gücünün üzərində olan bir sektordur. Mebeldə təbii ağac materialları istifadə olunur. Bu materiallar ustaların əl sənəti ilə məhsullara  montaj edilir və ya müəyyən hissələrində istifadə olunur. Yumşaq dəstlərdə (divan) parça döşəmə və geyindirmə işləri ustaların əl işləri ilə görülür. Bütün bunlar əmək ağırlıqlı işlərə aid müəyyən nümunələrdir.

Aldığınız məhsullar bağlı məkanlarda (ev şəraiti) istifadə olunmaq üçün hazırlanaraq istehsal olunmuşdur. Açıq hava şəraitində istifadəyə uyğun deyildir.

HÖRMƏTLƏ:

Direktor müavini.

 

ZƏMANƏT SƏNƏDİNDƏ TƏRƏFLƏR;

Tərəf 1: Nümayəndə və səlahiyyətli satıcıdan məhsul alanlar; Müştəri, Son istifadəçi və ya İstifadəçi olaraq,

Tərəf 2: Son istifadəçiyə məhsulu satan: Nümayəndə və ya Səlahiyyətli satıcı olaraq,

Tərəf 3: Zəmanət sənədində istehsalçı firma: Saloğlu və ya İstehsalçı olaraq, qeyd olunub yazılacaqdır.

 

1.    Məhsulların müştəri tərəfindən təhvil götürülməsində diqqət edilməli şərtlər;

*Məhsulların çatdırılması və qurulmasını həmin məhsulları aldığınız mağazanın səlahiyyətli servis əməkdaşları tərəfindən həyata keçirin.

*məhsulların çatdırılması və montajı zamanı ortaya çıxan problemli predmeti təhvil götürməyin. Əgər problemli predmet istifadə üçün maneəçilik törətmirsə, yenisi sizə təhvil verilənə qədər hemin predmeti istifadə edin.

*Zəmanət sənədinizi məhsulu satın aldığınız mağazaya təsdiqlədin. Məhsulunuzu sifariş sənədi və zəmanət sənədi ilə bərabər təhvil alın və bu iki sənədi də saxlayın. Zəmanət müddətində servislə bağlı hər hansı bir tələbiniz meydana çıxdığı təqdirdə zəmanət sənədi ilə müraciət etməlisiniz.

*Əgər zəmanət və ya sifariş sənədiniz olmasa, zəmanət şərtləri haqqınızdan faydalana bilməyəcəksiniz.

*Zəmanət sənədinin tərkibindəki istifadə qaydalarına və xəbərdarlıq etiketlərinə əməl etməyiniz, zəmanət sərtləri daxilindədir.

*Məhsulun harada və kim tərəfindən təhvil götürülməsinə müştəri cavabdehlik daşıyır.

 

2.    Ümumi zəmanət şərtləri və zəmanət şərtlərinin ayrıntıları;

*Məhsulların zəmanət müddəti stullar üçün 1(bir), digər məhsullar üçün 2(iki) ildir. Məhsulun zəmanət müddəti son istifadəçinin məhsulu satıcıdan təhvil götürdüyü andan başlayır.

*Məhsulun zəmanət müddəti daxilində xarab olması zamanı, təmir üçün sərf olunan müddət zəmanət müddətinə əlavə olunacaqdır. Təmir müddəti 30(otuz) iş günüdür. Bu müddət həmin məhsulun istehsalçı firmanın fabrikinə və ya təmir servisinə daxil olduğu gündən başlayacaq.

*Məhsulun təmiri zəmanət müddəti daxiləndə olduğu zaman, müştəridən təmir  haqqı və detal xərcləri tələb olunmayacaq.

*Zəmanət şərtlərinə daxil olan və ya olmayan problemlərlə bağlı ilk məsuliyyət məhsulu satan mağaza və ya səlahiyyətli satıcıya aiddir. Müştərinin problemləri və haqlı tələbləri ilə bağlı münasibəti məhsulu satan mağaza və ya səlahiyyətli satıcı təmin edəcəkdir. Son istifadəçinin məhsulu aldığı mağaza ilə əlaqə qurmadan birbaşa istehsalşı firmaya müraciəti qəbul olunmayacaqdır.

*mağazanın ilkin zəmanət məsuliyyəti müştərilərin problemləri ilə maraqlanıb, tələblərini zəmanət şərtləri daxilində həll etmək və ya etdirməkdir. Mağazanın məsuliyyət daşıdığı bu hallar zamanı, müştəri ilə əlaqə saxlamayıb, onların tələbləri təmin edilməzsə, meydana çıxan zərər və ziyanlara görə Saloğlu məsuliyyət daşımır.

*Müştəri zəmanət daxilində olan və ya olmayan hər hansı bir problemi məhsulu aldığı mağazaya bildirmədən sosial şəbəkə və ya internet vasitəsilə fəaliyyət göstərən şikayət saytlarına Saloğlu markası haqqında mənfi fikir və yazılar yazarsa, o cümlədən Saloglu firmasını günahlandırarsa, Saloğlu, aidiyyatı şəxsı məhkəməyə vermə haqqına sahibdir.

*Zəmanət müddəti bitdikdən sonra meydana çıxan hər  problem ödənişli şəkildə həll olunaqdır. Əgər müştərinin bildirdiyi problemin və ya nazas hissənin detalı tapılmadığı üçün problemin təmiri mümkün olmazsa, müştəri istehsalçıdan və ya mağazadan heç bir haqq tələb edə bilməz.

*Məhsullar istifadə qaydası və zəmanət sənədində göstərilən üsul və şəkillərə tərs və ya aidiyyatından kənar olaraq istifadə olunarsa, baş verən problemlər zəmanət şərtləri xaricində qəbul ediləcəkdir. Hər hansı bir problemin zəmanət şərtləri xaricində olub olmadığına Saloğlu firmasının təyin etdiyi mütəxəssiz qərar verəcəkdir.

*Məhsullar istehlakçıya təhvil verildiyi tarixdən etibsrən müəyyən olunmuş zəmanət müddəti qalmaq şərti ilə, 1 il müddətində (stullar üçün 6 ay) eyni nasazlığın üçdən çox təkrarlanması və ya fərqli nasazlıqların beşdən çox meydana gəlməsi və ya təyin olunmuş zəmanət müddətində fərqli nasazlıqların cəminin altıdan çöx olması halında;

*Bu nasazlıqların məhsullardan faydalanmamağı davamlı etməsi, təmir üçün lazım olan müddətin  3(üç) dəfədən çox uzanması və təmiri mümkün olmayan hallarda məhsullar və ya predmetlər ödənişsiz şəkildə yenisi ilə dəyişdiriləcəkdir.

 

3.    Saloglu markali məhsulların alışı ilə bağlı şərtlər və şəraitlər;

 

*Müştəri satın alacağı məhsullarin ölçülərini mağazanın səlahiyyətli satıcısından oyrənməlidir. Almış olduğu məhsulların istifadə ediləcəyi yerə ölçü və rəng olaraq uyğun olmasına görə məhsulu satın alan müştəri məsuliyyət daşıyır. Bu səbəblə meydana çıxacaq problemlərə görə magaza və ya Saloğlu məsuliyyət daşımır.

*Müştəri sifariş sənədinin bir nüsxəsini məhsulu təhvil alana qədər saxlamalıdır.

*Məhsulun təhvil verilməsi zamanı sifariş sənədində qeyd olunan məhsulların tam və xətasız olaraq təhvil verilməsində müştəri məsuliyyət daşıyır.

 

4.    Zəmanət əhatəsi xaricindəki şərtlər və səbəblər;

 

*Mağazanın səlahiyyətli nümayəndəsi tərəfindən, istifadə xətası səbəbi ilə meydana çıxması aşkarlanan zədə və nasazlıqlar, 

*Məhsulun müştəriyə təhvilindən sonrakı yükləmə, boşaltma və daşıma zamanı meydana gələn zədə və nasazlıqlar,

*Yanğın, sel, zəlzələ, həddindən çox gün işığına məruz qalma və s. kimi hadisələrdən meydana gələn zədə və nasazlıqlar,

*Zəmanət və istifadə qaydalarında göstərilən xüsusiyyətlərə diqqət edilməməsindən meydana gələn zədə və nasazlıqlar,

*Məhsul müştərinin qeyd etdiyi ünvana təhvil verildiyi zaman həmin ünvanda məhsulu satın alan və ya istifadə edəcək ən az bir nəfərin olması zəmanət şərtidir. Nəticə etibarı ilə məhsulun təhvili zamanı və təhvil verildikdən sonra ünvandakı şəxsə servis nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalatdırılır. Imzalanan aktda hər hansı bir problem qeyd olunmamışsa, müştərinin sifarışı tam və düzgün şəkildə təhvil verilmiş sayılacaqdır. Daha sonra müştəri tərəfindən ilk təhvil aktında hər hansı bir problem qeydi olmadığı halda  problem olduğu bildirilərsə, bu problem zəmanət əhatəsi xaricində qəbul edilir.

*Natural ağac istifadə olunmuş yumşaq dəstlərdə təbii material işləndiyi üçün, rəng və ton fərqi ola bilir. Hətda aldığınız dəstin tərkibindəki predmetlərdə də rəng və ton fərqi ola bilər. Bu görüntü qüsur deyil, aldığınız məhsulun əsas xüsusiyyətidir. Ancaq, müəyyən vaxtdan sonra dəstin tərkibindəki predmetlər eyni məkan daxilində istifadə olinacağından eyni ton və rəngə sahib olacaqdır. Bu hallarda, ton ferqi ilə qeyd olunan şıkayət və tələblər zəmanət əhatəsində olan problem kimi qiymətləndirilməyəcəkdir.

*Yumşaq dəstlər ayrı-ayrı predmetlərdən təşkil olunur. Bu ayrı predmetlərin istehsalı zamanı hər bir predmetin hazırlanmasında eyni top parçadan istifadə olunmasına xüsusi diqqət yetirilir. Bəzi hallarda dəstin tərkibində predmetlərin sayı çox ola bilir. Belə vəziyyətlərdə predmetlərin parça döşənməsində ton fərqi nəzərə çarpa biler. Bu zaman meydana çıxan problem zəmanət əhatəsi xaricində tutulacaqdır.

*Qırmızı, qara, göy kimi dəqiq rəngli parçalar təmizləndiyi zaman müəyyən miqdarda ana rənginin boyasını zəiflədə bilər. Bu hallarda meydana gələn problemlər zəmanət əhatəsi xaricindədir.

 

5.    Məhsulun istifadəsində ümumi xəbərdarlıqlar;

 

*Divanlarınız və döşəməli məhsulunuzun qulluğu ilə əlaqədar bir sualınız və ya narahatçılığınız olarsa, Saloğlu müştəri xidməti (*1441) və ya mağazanın satış təmsilçisi ilə əlaqə saxlayın.

*Aldığınız məhsulda istifadə olunan ağac hissə və materiallar qurudulmuşdur. Ancaq ağac canlı material olaraq qalmağa davam edər və cüzi də olsa ölçü dəyişikliyi ola bilər. Bu halda meydana gələn dəyişiklik istifadəyə mane olmadığı müddətcə zəmanət əhatəsində olan problem kimi görülə bilməz.

*Çox nəmli mühitdə ağac tərkibli məhsullar genişləyərək montajı dağıla bilər. Bunun üçün də 40%-60% nəmişlik nisbətində olan mühitdə tutulmalıdır.

*Aldığınız yumşaq dəstlərin mexanizm hissələrini (mexanizm petlələrini) müəyyən vaxtdan bir dəzgah yağı ilə yağlayın. Bu yağlama işi, mexanizmlərin daha sağlam işləməsinə şərait yaradacaqdır.

*Aldığınız məhsulları istilik sistemlərindən ən az 1,5 metr aralı mesafədə və birbaşa günəş işığının təsirindən aralı şəkildə istifadə edin.

*Məhsulu evinizin daxilində və ya başqa evə daşıyarkən qətiyyən sürüyərək dasımayın.

*Məhsulunuzun üstünə isti qablar və əşyalar qoymayın.

*Məhsulunuzun olduğu otaqda boya və ya təmir işləri apararkən, məhsulunuza zərər gəlməməsi üçün lazımi tədbirlər almalısınız..

*Məhsulunuzun sandıq hissələrinə yerləşdirdiyiniz əşyaları sandığın hündürlüyünü

keçməyəcək dərəcədə yığın.

*Məhsulunuzun üzərinə yapışqanlı maddələr vurmayın.

*Dəri üzlü predmetləri tikiş yerlərindən tutaraq çəkməyin.

*Məhsul uzun müddət istifadə olunmayacaqsa, üzərini qalın parça ilə örtün.

*Tikişdən artıq qalan sapları diqqətli şəkildə dibindən qayçı ilə kəsin.

*Məhsulu hərəkətli mexanizmlərdən tutaraq daşımayın.

 

6.     Məhsulunuz üçün təmizləmə, qulluq və istifadə məsləhətləri;

 

*Məhsulunuzu xalça yuma maşınları ilə təmizləməyin. Tozsoranın divan təmizliyi aparatını taxaraq təmizləyin.

*Asan ləkələri sabunlu (əl sabunu məsləhətdir) nisbətən nəmli bezlə çox agırlıq salmadan silməlisiniz. Əgər ləkələr təmizlənmirsə, kimyəvi təmizləmə firmalarına müraciət edin.

*Təmizliyə başlamadan əvvəl məhsulun üzərindəki tozu almalısınız.

*İslanmış məhsulları birbaşa günəş işığı ilə qurutmayin. Ütü və fen kimi cihazlardan qurutma üçün istifadə etməyin.

*Qurutma işini otaq temperaturunda gözlədərək edin.

*Təmizlik işinə başlamadan əvvəl istifadə edəcəyiniz maddənin parçaya verəcəyi fayda və ziyanı görmək üçün, parçanin görünməyən tərəfinə istifadə edərək yoxlayın.

*Boyalı və şponlu məhsullarınızın tozlarını quru bezlə almayın.

*Məhsulunuzun üzərinə tökülən maye ləkələri vaxt itirmədən nəmli bezlə, üzərinə çox basmadan temizləyin.

*Məhsulunuzu təmizləyərkən spirt tərkibli kimyəvi maddələrdən istifadə etməyin.

 

Hörmətlə,

Keyfiyyətə Nəzarət Departamenti