· Masa geniş və açılan mexanizmlidir. Yüksək sıxlıqlı boyalı MDF istifadə edilib. Üst hissə müasir print dəzgahı vasitəsilə mərmər görüntüsündə boyanıb. Bronz işləmələr özəl görüntü bəxş edir. Ayaqlarda fıstıq ağacı və paslanmaz polad dekorlardan istifadə edilib. Masanın yan hissələrində oval CNC işləmələri mövcuddur.
· Tv dəsti xüsusi mexanizmli qapaqlar, MDF boyalı və mərmər görünüşlü boyanmış detallar, paslanmaz polad qulplar, metal ayaqlar, CNC oval işləməli qapaqlarla istehsal edilib.
· Konsolda rodajlı, metal çərçivəli güzgü, CNC oval işləməli MDF detallar, mərmər görünüşlü üst hissə detalı, paslanmaz polad qulplar, metal ayaqlardan istifadə edilib.