"Saloğlu" şirkətinə xaricdən - BÖYÜK KREDİT

"Saloğlu" şirkətinə xaricdən - BÖYÜK KREDİT

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın "Saloğlu" mebel şirkətinə böyük məbləğdə kredit ayırıb.

Bankdan FED.az-a veriən məlumata görə, 4 milyon avro yeni, ekoloji cəhətdən daha səmərəli anbar, istehsal fabriki və flaqman satış mağazasının tikintisi üçün xərclənəcək. Layihə Azərbaycanın yerli mebel istehsalçısı və pərakəndə satıcısı Saloğlunun ekoloji baxımdan daha səmərəli və rəqabətli olmasını dəstəkləyəcək. 

Eləcə də bax: Azərbaycan AYİB-in ən çox pul ayırdığı - 10 ÖLKƏDƏN BİRİ OLDU

AZN ekvivalentində 4 milyon avro kredit yeni istehsal fabriki, yeni anbar və flaqman satış mağasazının tikintisinin maliyyələşdirilməsi üçün sərf ediləcək. Şirkətin istehsal müəssisəsində biokütlə enerjisindən istifadəyə imkan verən avadanlıqların quraşdırılması üçün Qlobal Ətraf Mühit Fondu (GEF) qrantı ayrılacaq. 

Bankdan bildirilir ki, aparıcı mebel istehsalçısı və pərakəndə satıcısı olan Saloğlu AYİB tərəfindən ayrılacaq 

7.6 milyon AZN-dək (€4 milyon) kredit hesabına öz rəqabətliliyini artıracaq və karbon tullantılarını azaldacaq.

Bu kredit şirkətə enerji səmərəli istehsal fabriki, anbar və paytaxt Bakı şəhərində flaqman satış mağazası qurmağa imkan verəcək. Təchizat zənciri və inventar idarəetmə sistemini təkmilləşdirmək üçün Saloğlu həmçinin Cənubi Koreyanın AYİB Kiçik Biznesə Təsir Fondu* vasitəsilə maliyyələşdirdiyi beynəlxalq məsləhət layihəsindən də bəhrələnəcək.

2000-ci ildə təsis edilmiş şirkət matras və divan kimi hissələr də daxil olmaqla, yumşaq, qonaq və yataq otaqları üçün mebel dəstlərinin istehsalında ixtisaslaşmışdır. Saloğlu həm də Azərbaycanda Türkiyə və ABŞ mebel brendlərinin distribütoru kimi çıxış edir.

Şirkət təbii qaz əvəzinə istehsal prosesində əmələ gələn tullantılardan istilik əldə etmək üçün 3MVt biokütlə qazanları quraşdırmaqla, mövcud və yeni istehsal müəssisələrini daha dayanıqlı edəcək. Bu ekoloji cəhətdən səmərəli investisiya ildə 1000 ton ekvivalentində COemissiyasını azaldaraq enerji mənbələri ilə bağlı daha yaxşı və dayanıqlı təcrübələri nümayiş etdirəcək.

İnvestisiyanı AYİB-in FINTECC proqramı üzrə təmin edilən Qlobal Ətraf Mühit Fondunun ayırdığı qrantlar tamamlayacaq.

Saloğlu bundan əvvəl öz rəqabətliliyini artırmaq məqsədilə Avropa İttifaqının və AYİB-in Kiçik Biznesə Təsir Fondunun maliyyələşdirdiyi Bankın kiçik bizneslər üçün məsləhət proqramı çərçivəsində AYİB ilə artıq əməkdaşlıq etmişdir. Məsləhətçilərin köməkliyi ilə şirkət biznes planı işləyib hazırlamış, bazar tədqiqatı aparmış və beynəlxalq standartlara uyğunluq üçün öz mühasibatlıq sistemini təkmilləşdirmişdir.

AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişaf etdirilməsi səylərinə dəstək göstərən aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3.3 milyard avro investisiya qoyuluşu etmişdir. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq firmanın öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım etmişdir.

*AYİB-in Kiçik Biznesə Təsir Fondunun donorları İtaliya, Yaponiya, Cənubi Koreya, Lüksemburq, İspaniya, İsveç, İsveçrə, Çin Taybeyi və Amerika Birləşmiş Ştatlarıdır.

Göndərilib 2019-12-18 Xəbərlər 0 2718

Şərh yazBir cavab buraxın

olmalısan daxil şərh yazmaq üçün.

QR kod

Müqayisə et 0