İstifadə qaydaları və şərtləri

 

Sifariş qaydaları

Seçdiyiniz mebeli sifariş vermək üçün məhsul səhifəsindən səbətə əlavə et, səbətim və s. ardıcıllığı ilə tələb olunan sahələri dolduraraq əməliyyatı gerçəkləşdirə bilərsiniz.  Əlaqə nömrənizi və çatdırılma ünvanını düzgün yazmağınız tələb olunur. Yaranmış hər hansı sualla bağlı saytakı online çat, sosial media hesablarımızın şəxsi mesaj bölmələri və ya *1441 nömrəsi ilə əlaqə saxlayaraq operatorlarımızdan yardım ala bilərsiniz. Sifarişiniz qeydə alındıqdan sonra satış şöbəmizin əməkdaşları sizinlə əlaqə saxlayacaq.

 

Çatdırılma qaydaları

Sifariş verdiyiniz mebel, sifarişiniz təsdiqləndikdən sonra (2-4 gün ərzində) evinizə çatdırılır. Çatdırılma xidmətinin əməkdaşları çatdırılmadan bir neçə saat öncə xəbər verəcəklər. Bakı şəhəri ərazisində 500 AZN-dən yuxarı alışlarda çatdırılma və quraşdırma ödənişsizdir.

Sifariş verdiyiniz məhsullar xüsusi qaplaşdırılmada çatdırılır. Çatdırılma və quraşdırma heyətimiz gigiena qaydalarına uyğun olaraq tibbi maskada və əlcəkdə yaxınlaşır. Təhlükəsizlik məqsədilə müştərilərlə ünsiyyətdə olan əməkdaşlarımız müntəzəm olaraq tibbi müayinədən keçirilir və dezinfeksiya olunurlar.

 

Ödəniş qaydaları

Sifariş edtiyiniz məhsullara görə ödənişi, evinizdə, şirkətimizin çatdırılma əməkdaşlarına verəcəksiniz. Ödəniş olunduqdan sonra sizə, əməkdaşlarımız tərəfindən satış qaiməsi və zəmanət talonu təqdim olunacaq. Qaimədəki məbləğ tam olaraq ödənilməlidir və ödəniş valyutası olaraq yalnız Azərbaycan Manatı istifadə olunmalıdır. Əgər dənişi nəğd pulla deyil kartla ödəmək istəyirsinizsə öncədən operatorlarımıza bunu qeyd elətdirməlisiniz. Bu halda çatdırılma əməkdaşlarımız POS terminalla yaxınlaşacaqlar.

 

 

Hədiyyə  və kampaniyalar

Online sifariş zamanı hazırda aktiv olan bütün endirim və kampaniyalardan istifadə edə bilərsiniz. Aldığınız mallar əlavə endirimə düşən mallardırsa ödənişi endirimli qiymətə uyğun ödəyəcəksiniz.

Hədiyyə seçiminizi  sizinlə əlaqə saxlayan satış işçilərinə bildirərək sifarişə əlavə edə bilərsiniz. Əgər hədiyyə seçmək üçün mağazaya yaxınlaşmaq ehtiyacı duyursunuzsa, virus təhlükəsi qurtardıqdan  sonra belə satış qaiməsi ilə yaxınlaşıb hədiyyənizi seçə bilərsiniz.

Qeyd: Sonradan seçilən hədiyyələr üçün çatdırılma xərci şirkət tərəfindən qarşılanmır. Hədiyyənizi özünüzlə apara və ya çatdırılma xərcini ödəyərək şirkətimizin çatdırılma əməkdaşlarının çatdırmasını istəyə bilərsiniz.

 


QR kod

Müqayisə et 0