fbpx

Saloglu

“Saloğlu” mebel yeni mağazasını Zaqatala və ətraf rayon sakinlərinin ixtiyarına verib. Ölkəmizdə yüksək sürətlə diler mağazalar şəbəkəsi qurmaqda olan “Saloğlu” şirkətinin Zaqatalada da diler mağazasının açılışı oldu. “Saloğlu”nun həmin regionda ilk olan Zaqatala diler mağazası da öz müasir konsepti və zövqlü mebelləri ilə tam seçilir. Burada mebellər müasir konseptdə və modern üslubda sərgilənməkdədir. Keyfiyyəti hər kəsə bəlli olan mebellər “Saloğlu” fabriklərində son texnoloji avadanlıqlarla və peşəkar mütəxəssislər tərəfindən istehsal edilir.

“Saloğlu” mebel fabrikinin satış direktoru Elşən Bayramlı bildirib ki, istehsal edilən bütün mebellər artıq Zaqatala və ətraf bölgə sakinlərinə daha əlçatandır: “Məhsulları eyni qiymətlə əhaliyə daha yaxın etdik. O, həmçinin vurğulayıb ki, brend olaraq markamızın bu sürətlə inkişafı ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələrinə əsaslanır”.

“Qeyri-neft sektoru olaraq mükəmməl istehsal prosesimiz, hədəflərimiz və nailiyyətlərimizlə ölkədə bir çox sahələrə də müsbət təsirlər göstərməkdəyik.  Bir ilk olan nəhəng “Venzana” fabrikimizin də açılışına sayılı günlər qalıb. Bütün dəzgahlar məşhur alman və italyan şirkətlərindən təchiz edib. Yeni fabrikin işə düşməsi ilə mövcud istehsalımız azı 15 qat artmış olacaq. Və bununla da “Saloğlu” mebellərimizlə ölkəmizi dünya bazarında layiqincə təmsil edəcəyik”,- deyə Elşən Bayramlı bildirib.

Hər zövqə və hər evə uyğun mebellərə sahib olmaq üçün “Saloğlu” Zaqatala diler mağazasına baş çəkməyiniz məsləhətdir. Əlavə məlumat üçün *1441 və ya 055 525 85 76 nömrələrinə zəng edə bilərsiniz.

Click outside to hide the comparison bar
Compare