İncə, zərif və modern üslubu ilə zamansız dizaynın izlərini daşıyan Roma yataq otağı dəstini kəşf edin.
Xüsusiyyətlər:
· Geniş alt baza mexanizmli çarpayı 160*200 sm və 180*200 sm ölçülərdə mövcuddur
· Dolab 6 və 4 qapaqlı olmaqla bütün evlərə uyğundur, daxilində işıqlı asqı boruları mövcuddur.
· Mexanizm sayəsində qapaqlar səssiz açılıb bağlana bilir
· Çarpayı yanları və başlığı özəl antiallergik parça ilə döşənmişdir
· Şifoner və komidinlərdə metal ayaqlardan istifadə edilib
· Bütün qapaqlarda və gövdədə kanal işləməli MDF, E1 standartlarına cavab verən suntalam istifadə edilib.