DƏST - dolab, çarpayı, şifoner, şifoner aynası və komodindən (2 əd) ibarətdir.İstifadə edilən boya AKZONOBEL, digər aksesuarlar isə Türkiyənin ÇAMSAN,SAMET,MESAN,TÜZÜN,BUTTON,OKANDAN,ROMA,BOYÇELİK,ERHUN,MERİDYEN,STARWOOD və s.firmaların məhsuludur.
DOLAB - yan və qapaqlarda ÇAMSAN firmasına məxsus E1 sertifikatlı MDF və MDFLAM, gövdəsində isə STARWOOD firmasına məxsus E1 sertifikatlı suntalam istifadə edilir.Həmçinin qapaqlarda dekor olaraq AKKAP firmasının kaplamalı MDF (frezə meşə) işlənmişdir.Qapaqlarda istifadə edilən şüşə ŞİŞECAM firmasına məxsus rodajlı,temperli,reflekte bronz şüşədir.Şüşə qapının montaj edildiyi profil çərçivə TÜZÜN firmasına aid elektrostatik toz boya ilə boyanmış alüminium çərçivədir. Dolabın 6 qapaqlı (260 cm) və 4 qapaqlı (182 cm) ölçüləri təklif olunur.
ÇARPAYI - 1-ci sinif parça ilə üzlənmiş suntadan ibarətdir.Baza mexanizmlidir.Bazada istifadə edilən profil BOYÇELİK firmasının,baza mexanizmi isə ERHUN firmasınındır.Matras ölçüsünə uyğun olaraq 160 cm və 180 cm ölçüləri təklif edilir.
ŞİFONER - gövdəsi və çəkməcə önündə ÇAMSAN firmasına məxsus E1 sertifikatlı MDF və MDFLAM,yan qapaqlarda isə TIRKAPSAN firmasının oval (bombeli) məhsulu istifadə olunub.İç gövdə detalları STARWOOD firmasına məxsus E1 sertifikatlı suntalamdır.Güzgüsü ŞİŞECAM firmasına məxsus rodajlı bronz güzgüdür.Led işıq BUTTON firmasınındır.Ayaqları boyanmış fısdıq taxtasıdır.Ön və üstdə dekor olaraq AKKAP firmasının kaplamalı MDF (frezə meşə) işlənmişdir.
KOMODİN - gövdəsi və çəkməcə önü ÇAMSAN firmasına məxsus E1 sertifikatlı MDF və MDFLAMdır.İç gövdə detalları STARWOOD firmasına məxsus E1 sertifikatlı suntalamdır.Çəkməcə önündə və üstdə dekor olaraq AKKAP firmasının kaplamalı MDF (frezə meşə) işlənmişdir.