İşlək süzgəclər

Pearl yataq dəsti

Xüsusiyyətlər:

·         Geniş alt baza mexanizmli çarpayı yataq hissəsi 160*200 sm ölçülüdür. Antiallergik parça ilə üzlənmişdir.

·         Dolab sağ və sol hissəsi ayrılıqda 50 sm/50 sm, orta hissə 175 sm olmaqla bütün evlərə uyğundur. Qapaqlarda MDF işləmələr, daxilində led işıqlı asqı boruları mövcuddur.

·         Mexanizm sayəsində qapaqlar səssiz açılıb bağlana bilir

·         İstehsalında E1 standartlarına cavab verən suntalam və yüksək sıxlıqlı MDF istifadə edilib.

·         Şifonerdə metal ayaqdan, rodajlı güzgüdən istifadə edilib..

Prestij Qonaq Dəsti

·         Ümumi istehsalında yüksək sıxlıqlı MDF, E1 Standartına cavab verən suntalam, Palıd ağacı şponu və orijinal mexanizmlərdən istifadə edilmişdir.

·         Masa hər iki tərəfindən açıla bilir və 14 adam rahat əyləşə bilər.

·         Konsolda rodajlı güzgü istifadə edilib, geniş çəkməcələr və yan hissələrdə özəl saxlanc yerləri modeli daha funksional edir.

·         Tv dəsti üst rəf və alt çəkməcələrlə təchiz edilib. Funksionallığı əlverişlidir.

Roma Qonaq Dəsti

·         Masa geniş və sabitdir. Fıstıq ayaqlar və MDF ilə istehsal edilib. Üst hissə müasir print dəzgahı vasitəsilə mərmər görüntüsündə boyanıb. Qızılı işləmələr özəl görüntü bəxş edir.

·         Tv dəsti xüsusi mexanizmli qapaqlar, MDF boyalı və mərmər görünüşlü boyanmış detallar, paslanmaz polad qulplar, metal ayaqlar, CNC işləməli qapaqlarla istehsal edilib.

·         Konsolda rodajlı güzgü, CNC işləməli MDF detallar, mərmər görünüşlü üst hissə detalı, paslanmaz polad qulplar, metal ayaqlardan istifadə edilib.

Roma Yataq Dəsti

İncə, zərif və modern üslubu ilə zamansız dizaynın izlərini daşıyan Roma yataq otağı dəstini kəşf edin.

Xüsusiyyətlər:

·         Geniş alt baza mexanizmli çarpayı 160*200 sm və 180*200 sm ölçülərdə mövcuddur

·         Dolab 6 və 4 qapaqlı olmaqla bütün evlərə uyğundur, daxilində işıqlı asqı boruları mövcuddur.

·         Mexanizm sayəsində qapaqlar səssiz açılıb bağlana bilir

·         Çarpayı yanları və başlığı özəl antiallergik parça ilə döşənmişdir

·         Şifoner və komidinlərdə metal ayaqlardan istifadə edilib

·         Bütün qapaqlarda və gövdədə kanal işləməli MDF, E1 standartlarına cavab verən suntalam istifadə edilib.

Santiago divan dəsti

·         Parça – Yüksək sürtünməyə dayanıqlı, antibakterial və ekoloji sağlam boya ilə boyanmış çoxqatlı parçadan istifadə edilib.

·         Korpus  normativə uyğun dərəcədə qurudulmuş yüksək sıxlıqlı fıstıq ağacı istifadə edilib. Konstruksiya birləşmələrində 1-ci sinif yapışkan  və digər dayanıqlı materiallardan istifadə edilib.

·         Süngər – yüksək elastikliyə malik, poliuretan materialından olan ST3542 DNS sıxlıq və sərtlikdədir.

·         Ayaq – Metaldır.

·         Mexanizm – Yoxdur

Santiago künc divan

·         Parça – Yüksək sürtünməyə dayanıqlı, antibakterial və ekoloji sağlam boya ilə boyanmış çoxqatlı parçadan istifadə edilib.

·         Korpus  normativə uyğun dərəcədə qurudulmuş yüksək sıxlıqlı fıstıq ağacı istifadə edilib. Konstruksiya birləşmələrində 1-ci sinif yapışkan  və digər dayanıqlı materiallardan istifadə edilib.

·         Süngər – yüksək elastikliyə malik, poliuretan materialından olan ST3542 DNS sıxlıq və sərtlikdədir.

·         Ayaq – Metaldır.

·         Mexanizm – Yoxdur

Vision qonaq dəsti

·         Masa açılan mexanizmlidir. E 1 standartına cavab verən suntalam və yüksək sıxlıqlı PVC üzlənmiş MDF lam profildən istifadə edilmişdir.

·         Konsolda rodajlı, yanları MDF işləməli detalla dizayn edilmiş güzgü vardır. Konsolun qapaqlarıda CNC işləməli boyalı MDF, daxili korpusunda E1 standartında suntalam istifadə edilib.

·         Tv dəsti yüksək sıxlıqlı CNC işləməli və boyalı MDF qapaqlar, E1 standartında suntalam ilə istehsal edilib.

Vision Yataq Dəsti

Vision yataq otağı dəsti müasir dizayn anlayışı və ürəkaçan tonlarla bənzərsiz seçiminiz ola bilər.

Xüsusiyyətlər:

·         Geniş alt baza mexanizmli çarpayı yataq hissəsi 160*200 sm və 180*200 sm ölçülərdə mövcuddur

·         Dolab 6 və 4 qapaqlı olmaqla bütün evlərə uyğundur. Qapaqlar boyalı MDFlamdır, gövdə suntalamdır. Daxilində led işıqlı asqı boruları istifadə edilib.

·         Mexanizm sayəsində qapaqlar səssiz açılıb bağlana bilir

·         Çarpayı yanları və başlığı özəl antiallergik parça ilə döşənmişdir

·         Komidin, çarpayı və şifonerdə xüsusi qəlibdə hazırlanmış plastik ayaqlardan istifadə edilib.

·         Bütün qapaqlarda boyalı MDF, gövdədə E1 standartlarına cavab verən suntalam istifadə edilib.