Haqqımızda

Saloğlu kəndindən dünyaya — mebel istehsalında irəliləyiş hekayəsi

Adın mənşəyi və fabrik

Şirkətin adı Ağstafa rayonunun Saloğlu kəndində olan “Saloğlu” suyunun adından götürülmüşdür. Belə ki, məhşur “Saloğlu” suyunun adına şirkət açılıb və həmin şirkətin davamı olaraq “SALOGLU” mebel fabriki yaradılmışdır.

“SALOGLU” mebel fabriki respublikanın qərb zonasında yerləşir, sahəsi 20 000 m²-dir. İstehsala 2000-ci ildə başlamışdır.

20 000 istehsal sahəsi
2000 istehsala başlanğıc
4 qlobal tərəfdaş

İnkişaf yolu

  1. 2004

    Ölkə prezidenti İlham Əliyev cənabları ilk dəfə 2004-cü ildə YMF — Yumşaq Mebel Fabrikinin açılışını etmişdir.

    Yumşaq mebel — interyer nümunəsi
  2. 2009

    2009-cu ildə Gürcüstanın Batumi şəhərində fabrik istehsala başlamışdır.

    Mebel istehsalı — vizual
  3. 2012

    2012-ci ildə Almaniyanın Köln şəhərində mağaza istifadəyə verilmişdir və oradan Avropanın 7 ölkəsinə məhsul ixrac edilmişdir. Köln şəhərində şirkətin rəsmi ofisi yaradılmışdır.

    Divan dəstləri — kolleksiya
    Künc divan — kolleksiya

2013–2014: yeni hədəflər

2013–2014-cü illərdə Azərbaycanda baş vermiş iqtisadi krizislə əlaqədar “Saloğlu” ölkə ərazisində də digər fabriklərin tikintisinə başlamağı özünə hədəf qoymuşdur. Şirkətin istehsal sahələri Azərbaycanda, Türkiyədə və Gürcüstanda fabrikləri əhatə edir.

2016 — MODERN və VENZANA

2016-cı ildə ölkə prezidenti İlham Əliyev cənabları “MODERN” Mebel Fabrikinin açılışında iştirak etmiş və eyni zamanda “VENZANA” Mebel Fabrikinin təməlini qoymuşdur.

Qonaq otağı mebeli

VENZANA

“VENZANA” mebel fabrikinin investisiya dəyəri 30 milyon manatdır və illik 12.000 dəst yataq, 6.000 dəst qonaq mebeli istehsal etmək gücündədir.

30milyon ₼investisiya
12 000yataq dəsti / il
6 000qonaq dəsti / il

2023 — VENZANA açılışı

Ölkə prezidenti İlham Əliyev cənabları 2023-cü il Avqust ayının 7-də “VENZANA” layihəsinin açılışında iştirak etmişdir. Fabrikdə istehsal olunan mebellər daxili bazarla yanaşı Qazaxıstan və Özbəkistana ixrac olunur. Yaxın gələcəkdə Rusiya, Gürcüstan, Almaniya və digər ölkələrə ixrac planlaşdırılır.

Yataq otağı mebeli
İxrac və daxili bazar

Brend vizualı

SALOGLU kolleksiyası
Harmony yataq dəsti
Vision qonaq dəsti

Köln · Batumi · Azərbaycan

Divan dəstləri

Sərgilər və tərəfdaşlar

Köln şəhərində ofis yaradıldıqdan sonra “SALOGLU” dünyanın müxtəlif yerlərində təşkil olunmuş sərgilərə qatılmış, bununla da dünyaca məhşur mebel şirkətləri ilə əməkdaşlıq qurulmuşdur. Hal-hazırda 4 öndə gedən şirkət ilə əməkdaşlığımız var: Türkiyənin “Çilek”, Amerikanın “Ashley”, “Theodore Alexander”, İtaliyanın “Visionnaire”.

  • Çilek
  • Ashley
  • Theodore Alexander
  • Visionnaire

Rəsmi əməkdaşlıq

Çilek

“Çilek” mobilya Türkiyənin lokomotiv uşaq mebeli istehsalçısıdır.

Ashley

“Ashley” 1945-də yaradılıb, 5 milyard dollar dövriyyəsi olan bir şirkətdir.

Visionnaire

“Visionnaire” İtaliyanın lüks və xüsusi dizaynlı mebel istehsalçısıdır.

Theodore Alexander

“Theodore Alexander” Amerikanın əl işləri detalına xüsusi yer verən lüks mebel istehsalçısıdır.

Bu şirkətlərin Azərbaycanda rəsmi dileri məhz “SALOGLU”-dur.

Məhsullara bax Əlaqə