Ən çox verilən suallar
Çatdırılma, ödəniş, sifariş və qaytarma — qısa və aydın cavablar
- 500 AZN Böyük alış — Bakıda ödənişsiz çatdırılma
- 12 ay BirKart · TamKart taksit
- 80% Bron üçün ödəniş
- 14 gün Qanuni qaytarma şərti
Mövzunu seçin
Mövzu 01
Çatdırılma
Çatdırılma ödənişlidirmi?
Bakı şəhəri daxilində və mağazalarımızın yerləşdiyi rayonlarda 500 AZN-dən böyük alışlarda çatdırılmalar ödənişsizdir. 500 AZN-dən kiçik alışlarda isə, 25 AZN çatdırılma xərci tətbiq olunur.
Mağazalarımızın olmadığı regionlarda isə, anbarlarımıza olan məsafəsinə görə müvafiq olaraq ödəniş tətbiq olunur.
Mövzu 02
Ödəniş
Taksit kartlarla ödəniş mümkündürmü?
Bəli — BirKart və TamKart sahibləri bütün mebelləri 12 aya qədər taksitlə ala bilərsiniz. Taksit kartları bütün mağazalarımızda keçərlidir.
Mövzu 03
Sifarişləriniz
Sifarişlərimiz bron olunurmu?
Qaimə məbləğinin 80%-i dəyərində ödəniş olunduğu halda məhsulunuz bron olaraq saxlanına bilir.
Sifarişlərin anbarda saxlanma müddəti nə qədərdir?
90 gün ərzində müştəri məhsulu təhvil almadığı təqdirdə, hər gün üçün 3 AZN saxlama haqqı hesablanır.
Mövzu 04
Mebelin dəyişdirilməsi və geri qaytarılması
Alınan mebelləri dəyişmək və geri qaytarmaq mümkündür?
Müştəri mebelin sifarişi zamanı onun ölçüsü, modeli və dizayn seçimində yanlışlığa yol verərsə SALOGLU şirkəti mebelin qaytarılmasından və ya dəyişdirilməsindən imtina etmək hüququna malikdir.
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə görə istehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyyətli mal istifadə olunmayıbsa (quraşdırılmayıbsa) və onun əmtəvi görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o (14 gün ərzində) qaytarıla və dəyişdirilə bilər. Bu halda bununla bağlı daşınma və sənədləşmə xərcləri müştəri tərəfindən qarşılanır.
Başqa sualınız var?