fbpx

Saloglu

Faq

01

Çatdırılma

Bakı şəhəri daxilində və mağazalarımızın yerləşdiyi rayonlarda 500 AZN-dən böyük alışlarda çatdırılmalar ödənişsizdir. 500 AZN-dən kiçik alışlarda isə, 20 AZN çatdırılma xərci tətbiq olunur.

Mağazalarımızın olmadığı regionlarda isə,  anbarlarımıza olan məsafəsinə görə müvafiq olaraq ödəniş tətbiq olunur.

02

Ödəniş

Bəli BirKart və TamKart  sahibləri bütün mebelləri 12 ayadək taksitlə ala bilərsiniz. Taksit kartları bütün mağazalarımızda keçərlidir.

03

Sifarişləriniz

Qaimə məbləğinin 80%-i dəyərində ödəniş olunduğu halda məhsulunuz bron olaraq saxlanına bilir.

 90 gün ərzində müştəri məhsulu təhvil almadığı təqdirdə, hər gün üçün 3 AZN saxlama haqqı hesablanır.

04

Mebelin dəyişdirilməsi və geri qaytarılması

Müştəri mebelin sifarişi zamanı onun ölçüsü, modeli və dizayn seçimində yanlışlığa yol verərsə SALOĞLU şirkəti mebelin qaytarılmasından və ya dəyişdirilməsindən imtina etmək hüququna malikdir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə İstehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyyətli mal istifadə olunmayıbsa (quraşdırılmayıbsa) və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o (14 gün ərzində) qaytarıla və dəyişdirilə bilər. Bu halda bununla bağlı daşınma və sənədləşmə xərcləri müştəri tərəfindən qarşılanır.

Click outside to hide the comparison bar
Compare