fbpx

Saloglu

Zəmanət şərtləri

Şirkətimiz istehsal etdiyi hər bir məhsul növünə 2 il müddətində zəmanət verilir. Zəmanət şərtləri haqqında daha ətraflı məlumatı bu bölmədən götürə bilərsiniz.

Mebelin alınma tarixinin qəbul edilməsi üçün zəmanət müddəti ərzində zəmanət kartı, təhvil-təslim aktı, çek, qaimə-faktura və bənzəri sənədləri itirməyin. Sənədlər natamam olduğu təqdirdə şirkətin zəmanət xidməti göstərməkdən imtina etmək hüququ vardır. 

Zəmanət şərtləri

Zəmanət müddəti mebelin satıldığı gündən başlayaraq 24 ay müddətində etibarlıdır.

Zəmanət xidməti mebelin bütün hissələri daxil olmaqla şirkətin istehsal etdiyi hər model  üçün  etibarlıdır.

Təmir müddəti ən çox 30 iş günü təşkil edir.

Mebelin təmirdə olduğu vaxt kəsiyi zəmanət müddətinə əlavə olunmur.

Mebelin zəmanət müddəti çərçivəsində mebeldə material, quraşdırma (şirkətin təyin etdiyi quraşdırma qrupu tərəfindən yığılıbsa) və ya fabrik xətaları aşkarlandığı təqdirdə şirkət hesabına təmir edilir, ehtiyac yarandıqda isə təmənnasız olaraq əvəzləşdirilir.  

Siz aşağıda sadalanmış hallarda aldığınız mebelin təmənnasız dəyişdirilməsini tələb edə bilərsiniz:

  • Mebelin hər-hansı bir hissəsi bir il ərzində iki dəfə təmir edildikdən sonra eyni qüsur təkrar yarandığı təqdirdə;
  • Mebeldə 1 il ərzində 4 dəfədən artıq müxtəlif qüsurlar yarandığı təqdirdə;
  • Mebeldə 2 il ərzində (zəmanət müddəti ərzində) 6 dəfədən artıq müxtəlif qüsurlar yarandığı təqdirdə;
  • Təmir üçün təyin olunmuş maksimal müddət (30 gün) keçdiyi təqdirdə;
  • Mebelin təmirə yararsız olmağı ekspert tərəfindən təsdiqləndiyi təqdirdə;

Zəmanət xidmətinə daxil olmayan hallar aşağıdakı kimidir:

  • Şirkət tərəfindən təyin olunmamış quraşdırma qrupu tərəfindən quraşdırma nəticəsində yaranan qüsurlar;
  • Zəmanət müddətinin bitməsi;
  • Bu kitabçada göstərilən mebel istismar qaydalarına riayət edilməməsi;
  • Mebelin üzərində təhvil-təslimdən sonra mexaniki zədələrin yaranması;
  • Mexanizmlərin normadan artıq yüklənməsi;
  • Mebelin təbii fəlakət (sel, yanğın, bədbəxt hadisə, v.s.) nəticəsində zərər görməsi;
  • İstehlakçı tərəfindən bilərək və ya bilməyərək mebelə fiziki zərər yetirilməsi;
  • Mebelə, təmir məqsədi ilə şirkət tərəfindən təyin edilməmiş ustaların müdaxilə etməsi nəticəsində zədələrin aşkarlanması;
  • Mebelə istehlakçı tərəfindən konstruktiv dəyişikliyin edilməsi nəticəsində zərərin verilməsi;
  • Təmizlik zamanı mebelə zərər verə biləcək maddələrdən istifadə olunması;
  • Mebelin yanlış istismarı nəticəsində qüsurların yaranması (cızılma, əzilmə, qırılma və.s.)

Yuxarıda qeyd olunmuş hallar meydana gəldiyi təqdirdə göstərilən xidmət ödənişlidir və şirkət tərəfindən təyin edilmiş qiymətlərlə həyata keçirilir. Qüsurun xüsusiyyəti mebelə baxış keçirilən zaman ekspert tərəfindən təyin edilir.

Mebelin qəbulu

Quraşdırma işi tamamlandıqdan sonra mebeli diqqətlə yoxlayın. Siyirmələrin, işıqlandırma sisteminin, yumşaq mebel mexanizmlərinin işləyib-işləmədiyinə diqqət yetirin.  Qapıların düzgün tənzimlənməsinə, mexaniki zədələrin (cızıq, batıq, qopma, mühüm dərəcədə olan rəng fərqliliyi) olub-olmamasına baxın. Qeyd etmək istərdik ki, mebel təhvil verildikdən sonra aşkarlanmış mexaniki zədələrə aid şikayətlər zəmanətli təmir üçün əsas kimi qəbul olunmur.  Həmin problemlərin aradan qaldırılması ödəniş müqabilində həyata keçirilir. Mebelin görünməyən və xarici görünüşünə təsir etməyən hissələrində olan kiçik çaplı qüsurlar yol veriləndir.

Mebelin çatdırılması

“Mebelin çatdırılması” dedikdə mebelin alındığı məkandan onun sifarişçi tərəfindən göstərilmiş ünvana (ev və digər) daşınması (yükləmə, daşıma, boşaltma, ünvana qədər qaldırma) nəzərdə tutulur.  Mebelin ünvana çatdırılması şirkətimiz tərəfindən Sizə təklif etdiyimiz ödənişsiz, lazımi avadanlıq, nəqliyyat vasitələri və personala malik xidmətdir. Mebel aldığınızda bu xidmətdən istifadə etməyinizi tövsiyə edirik.. Mebelin ünvana çatdırılması şirkətimiz tərəfindən işlənib hazırlanan “Mebelin çatdırılması və quraşdırılmasıtəlimatı”na  müvafiq olaraq həyata keçirilir. Sizə, öz imkanlarınız hesabına mebelin daşınmasını həyata keçirməyinizi tövsiyə etmirik.  Çünki, mebel daşınmasını müstəqil olaraq həyata keçirdikdən sonra, ortaya çıxan çatışmazlıqlar zəmanət xidməti daxilində təmin olunmur.

Mebelin quraşdırılması
Mebelin quraşdırılmasında da şirkətimizin müvafiq təlim keçmiş personala, lazımi avadanlıq, alət və cihazlara malik, həmçinin, “Mebelin çatdırılması və quraşdırılması” təlimatına uyğun olaraq fəaliyyət göstərən quraşdırma xidmətindən istifadə etməyinizi tövsiyə edirik. Belə olduğu halda, şirkətimiz quraşdırılan mebelin keyfiyyətinə görə cavabdehlik daşıyır.Sizə öz imkanlarınız hesabına və ya şirkət tərəfindən ixtisaslaşdırılmamış quraşdırıcıların xidmətindən istifadə etməklə mebeli quraşdırmaq, təmir etmək və ya aksessuarlarını dəyişməyi tövsiyə etmirik. Çünki, mebelin quraşdırılması xüsusi peşəkarlıq (müvafiq bilik və bacarıq; mebel istehsalının texnologiyası haqqında məlumat; istifadə olunan materiallar və konstruksiyalar haqqında məlumat; quraşdırma ardıcıllığı; quraşdırmada istifadə olunan bütün avadanlıqlardan istifadə bacarığı və b.) və təcrübə tələb edir.

Diqqət! Quraşdırma SALOGLU şirkətinə aid olmayan qeyri-peşəkar quraşdırıcılar tərəfindən həyata keçirildikdə mebelə verilən zəmanət qüvvədən düşür və həmçinin, düzgün quraşdırılmamış mebel istifadə zamanı insanların sağlığı və hətta həyatı üçün də təhlükə yarada bilər. 
Click outside to hide the comparison bar
Compare